IQNA

Mavritaniyada Quran müsabiqəsi keçirilir

23:37 - April 11, 2011
Xəbər sayı: 2104274
Beynəlxalq şöbə: Mavritaniyada hifz , təcvid və təfsir üzrə Quran müsabiqəsi keçirilir. Müsabiqə ötən gün paytaxt Nuaqşotda başlayıb.
İQNA Quran agentliyinin Mavritaniya saytına istinadən məlumatına əsasən, müsabiqə Mavritaniyadan beynəlxalq Quran müsabiqələrində iştirak etmək üçün nümayəndələrin seçilməsi məqsədi ilə təşkil olunub. Müsabiqədə 256 hafiz və qari iki həftə ərzində bir-biri ilə yarışacaqlar.
Mavritaniya İslami İşlər üzrə idarənin rəisi Məhəmməd Vələd Əl-Şəvaf deyib ki, müsabiqədə qələbə qazanmış şəxslər Ərəb və digər İslami ölkələrdə keçiriləcək beynəlxalq Quran müsabiqələrinə qatılacaqlar. 772390

captcha