IQNA

Niderlandda Quran müsabiqəsi keçirilir

13:37 - April 15, 2011
Xəbər sayı: 2105891
Beynəlxalq şöbə: Niderland İslami Müəssisələri və Birliklərinin təşəbüsü ilə ölkənin bütün şəhərlərində Quran müsabiqələri keçirilir.
İQNA Quran agentliyinin “Muhit” saytına istinadən məlumatına əsasən, 2010-cu ildə Rotterdam şəhərinin Osman məscidində keçirilmiş Quran müsabiqəsinə maraq çox olduğu üçün , 2011-ci ildə Quran müsabiqəsinin ölkənin digər şəhərlərində də keçirilməsi ilə bağlı qərar qəbul olunub və keçirilir.
Quran müsabiqələri yeniyetmələr, gənclər və böyüklər (qızlar və oğlanlar, kişilər və qadınlar) üçün ayrı-ayrılıqda Niderlandın (Hollandiya) müxtəlif şəhərlərində ardıcıllıqla keçirilir.
Məlumata əsasən, Quran müsabiqəsində iştirak edənlər Qurani-Kərimin ayələrini tərtillə oxuyacaqlar. Təcvid qaydalarının riayət olunması, həriflərin və hərəkələrin düzgün məxrəcdən deyilməsi və kəlmələrin düzgün ifadə olunmsı hakimlər tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, Quran müsabiqəsi artıq bir neçə gündür ki, Hollandiyanın digər şəhərlərində keçirilir və aprelin 17-18- də Amsterdamda müsabiqənin final mərhələsi keçiriləcək. 774470
captcha