IQNA

Fransada 3000 nəfərlik məscid tikilir

9:26 - April 19, 2011
Xəbər sayı: 2108109
Beynəlxalq şöbə: Fransanın Charleville-Mézières şəhərində tezliklə böyük bir məscid tikiləcək. Məsciddə eyni vaxta 3000 nəfər namaz qıla biləcək.
İQNA Quran agentliyinin “lunion.presse” saytına istinadən məlumatına əsasən, məscid Ardennes mədəniyyət və dini mərkəzin və məscidin icmasının təşəbbüsü ilə tikiləcək. Məscidin tikinti işlərinin 2012-ci ilin sonunadək tamamlanması planlaşdırılılr.
Məscidin nəzdində həmdə islami və dini mərkəz , dini konfransların keçirilməsi üçün konfrans zalı və müsəlman qadın və kişilər üçün Quran dərslərinin təşkili üçün siniflər də tikiləcək.
Qeyd edək ki, Charleville-Mézières şəhər müsəlmanlarının davamlı səyi nəticəsində Ardennes şəhər başçılığı məscidin tikintisinə ötən ay icazə verib. 776464
captcha