IQNA

Livanlı alimlər Bəhreyndə məscidlərin dağıdılmasını pisləyiblər

9:28 - April 19, 2011
Xəbər sayı: 2108112
Beynəlxalq şöbə: Livanın Cəbəl Amil şəhərinin müsəlman alimləri bəyanat yayaraq Bəhreyndə Ali Xəlifə və Ali Səud rejimi tərəfindən məscidlərin davamlı dağıtmasını pisləyərək bu hərəkətlərə son verməyə çağırıblar.

İQNA Quran agentliyinin ABA xəbər agentliyinə istinadən məlumatına əsasən, Alimlər öz bəyanatında Bəhreyndə məscidlərin dağıdılmasının müsəlmanlara qarşı aşkar hörmətsizlik olduğunu deyiblər. Onlar müsəlman ölkələrdən, islami təşkilatlardan bu hərəkətlərə qarşı ölçü götürmək üçün addımlar atmağı təələb ediblər.
Onlar həmçinin Bəhreyndə yaşayan Livanlıların çıxarılmasını yolverilməz adlandırıblar. Qeyd edək ki, Bəhreyn təhlükəsizlik qüvvələri bu ölkədə yaşayan Livan vətəndaşlarını heç bir əsas göstərmədən ölkədən çıxarılmasına göstəriş verib. 776340
captcha