IQNA

Britaniyada Quran müsabiqəsi keçirilir

9:54 - April 19, 2011
Xəbər sayı: 2108155
Beynəlxalq şöbə: Britaniyada ölkə üzrə kişilər üçün 16-cı dövrr Quran müsabiqəsi keçiriləcək. Müsabiqə may ayının 3-də Varikşayer regionun Naniten məscidində keçiriləcək.
İQNA Quran agentliyinin “Albirr” saytına istinadən məlumatına əsasən, Britaniyanın Albirr Quran müəssisəsinin təşəbbüsü ilə keçirilən müsabiqədə 22 yaşa qədər olan şəxslər Quranın bütün surələrini, 18 yaşa qədər olan şəxslər 20 cüzünin əzbər oxunması, 14 yaşda qədər olan şəxslər isə 10 cüzünün əzbər oxunması üzrə yarışacaqlar.
Müsabiqə qaliblərinə mükafatlar təqdim oluancaq. Müsabiqənin keçirilməsindən məqsəd Britaniyada yaşayan müsəlman gəncləri Quran əzbərləməyə maraqlandırmaq və onların Quran ayələri haqqında düşünməsinə şəriat yaratmaqdır.
Albirr Quran müəssisəsi xeyriyyə məqsədli bir müəssisədir və Quranı öyrənmək istəyən şəxslər üçün şərait və imkanlar yaradır. Bu müəssisə Quranı müxtəlif dillərə çap etməklə Britaniyada yaşayan qeyri müsəlmanlara paylayır.Müəssisə həmçinin bu ölkədə yaşayan yeniyetmələr və gənclər üçün hər il Quran müsabiqələri təşkil edir. 776176
captcha