IQNA

İKT baş katibi Strazburqda keçirilən Terrorizmə qarşı Mübarizə Komitəsinin iclasında iştirak edir

13:35 - April 19, 2011
Xəbər sayı: 2108433
Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatının baş katibi İkmaləddin Ehsanoğlu aprelin 19-da Strazburqda keçirilən (BMT) Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Mübarizə Komitəsinin iclasında iştirak edir.
İQNA Quran agentliyinin “OİC” saytına istinadən məlumatına əsasən, İKT baş katibi İkmaləddin Ehsanoğlu iclasın açılış mərasimində çıxış edəcək. Strazburqda keçirilən Terrorizmə qarşı Mübarizə Komitəsinin iclası üç gün davam edəcək. İclasda regional və beynəlxalq təşkilatlar iştirak edirlər. Ehsanoğlu İKT-nin terrorizmlə mübarizə sahəsində və eləcə də region və dünyada bu sahədə görə biləcək işləri haqda danışacaq. 775902
captcha