İQNA Quran agentliyinin “Bernama” xəbər agentliyinin saytına istinadən məlumat verir ki, MAIWP elan edib ki, yeni məscid və islami mərkəzlərlə yanaşı qədimi məscidlərdə də yenidənqurma işləri həyata keçiriləcək.
Malayza İslami işlər naziri Cəmil Xəyir Bəhaurm bu haqda deyib ki, ayrılmış vəsaitlə 10 məscid və 6 İslami məktəb tikiləcək və bu layihə iki il müddətinə başa çatacaq.
O əlavə edib ki, məscid və islami məktəblərin tikintisi tez bir zamanda başlanacaq. 777534