İQNA Quran agentliyinin “IIDR” saytına istinadən məlumat verir ki, dərs Britaniya Quran Araşdırmalar Akademiyasının (BAQS) təşəbbüsü və London İncəsənət Universitetinin dəstəyi ilə səhər saat 9:00-dan 18:30-dək davam edəcək.
Dərsdə ilk öncə Rumluların dastanı və həmin dastandakı ibrətamiz dərslər araşdırılacaq və dərsin davamında insanların əhavalatı, həyat hekayələri, keçmiş, indi və gələcəkdə insane və Quranın Rum surəsinin ayələrinə əsasən müzakirə olunacaq.
Dərsə rəhbərliyi İslam Fiqhi Kursların müəllimi, Quran təfsirçisi, İlahiyyatçı alim İmam Ceylani Miyah həyata keçirəcək.
Britaniya Quran Araşdırmalar Akademiyası (BAQS) İslami araşdırma və inkişaf müəssisəsinə bağlı bir qurumdur. BAQS Quran haqqında araşdırma aparmaq və təhsil kursları təşkil etmək məqsədi ilə təsis olunub. Britaniya Quran Araşdırmalar Akademiyası (BAQS) hər ay Britaniyanın müxtəlif şəhərlərində iki qısa müddətli kurslar təşkil edir. İndiyədək Yusif, Yasin, Məryəm, Kəhv, Hücərat, Loqman, Hədid və bir neçə başqa surəslərin təfsir dəsrlsərini təşkil edib. 779642