IQNA

Qurani –Kərimin fransız dilinə səsli tərcüməsi internetə yerləşdirilib

19:44 - April 25, 2011
Xəbər sayı: 2111886
Beynəlxalq şöbə: Qurani – Kərimin fransız dilinə səsli tərcüməsi İslam dünyasında tanınmış Quran qarilərinin səsi ilə “www.le-coran.net” saytında yerləşdirilib.
İQNA Quran agentliyinin “le-coran” saytına istinadən məlumatına əsasən, Quranın bütün surələrinin fransız dilinə tərcüməsini Səd bin Səid bin Səd əl-Ğamidi, Abdullah Mətrud və Əli Cabir kimi tanınmış Quran qarilərinin səsi ilə internet səhifəsinə yerləşdirilib.
Həmin internet səhifədə maraqlananlar Quranın fransız dilinə tərcüməsinin mətni ilə yanaşı səsinə də qulaq asa biləcəklər. Həmin saytda Quranın nazil olma tarixi, Ayələru nazil olma şəni və Quranın mənzələti və dərəcəsi ilə bağlı hədislər və Quranla bağlı digər məsələləri internet səhifədə görə bilərlər.780621
captcha