IQNA

Quranın Benqal dilində elektron tərcüməsi hazırlanacaq

21:36 - April 25, 2011
Xəbər sayı: 2111909
Beynəlxalq şöbə: Banqladeş Xalq Respublikasının baş naziri Şeyx Hasina bildirib ki, Banqladeş İslami Fondunun təşəbbüsü ilə yaxın gəlcəkdə Quranın Benqal dilində elektron tərcüməsi çap olunacaq.
İQNA Quran agentliyinin “The Daily Star”saytına istinadən məlumat verir ki, Banqladeşin baş naziri Şeyx Hasina dünən Benqal dilinə tərcümə olmuş və electron formada əhalinin istifadəsinə verilmiş 100 ünvanda kitabın təqdimat mərasimində çıxışında bildirib ki, Banqladeş İslami Fondu yaxın gələcəkdə Qurani-Kərimin Ərəb dilində və Bənqal dilində tərcüməsini electron formada əhalinin istifadəsinə verəcək.
O əlavə edib ki, dövlət həmçinin digər dini kitablarında electron nüsxələrinin çap olunması üçün proqram hazırlayıb və yaxın gələcəkdə icra olunacaq.
Benqal dilində electron formada çap olmuş kitablara baxmaq istəyənlər http://www.ebook.gov.bd ünvana müraciət edə bilərlər. 780292
captcha