İQNA Quran agentliyinin “Mosquee-lyon” saytına istinadən, Lyon şəhəri Böyük məscidinin təşəbbüsü ilə “Avropa cəmiyyətində İslam” mövzusunda keçiriləcək konfrans üçüncü belə beynəlxalq konfransdır.
Konfransda Avropada İslamın rolu , müsəlmanlar üçün yaradılmış məhdudiyyətlər və Avropada yaşayan əhali üçün İslam dinin xeyri məsələləri müzakirə olunacaq.
Konfransda Dəməşq Universitetinin İslami Şəriət fakültəsinin müəllimi Məhəmməd Səid Əl-Buti, Əlcəzairdən Məhəmməd Şeyx, Əl-Dəvət məscinin axundu Labri Kəçat və digər şəxsiyyətlər iştirak edəcək.
Qeyd edək ki, konfrans mayın 28-də yerli vaxtla saat 9:30-da Lyon məscidində keçiriləcək.780258