IQNA

Hindistanda İslam Bankçılığı üzrə seminar keçirilib

14:37 - May 02, 2011
Xəbər sayı: 2115982
Beynəlxalq şöbə: Hindistanın Kralay əyalətinin Kuçi şəhərində ötən gün İslami Bankçılığı üzrə seminar keçirilib.

İQNA Quran agentliyinin “express buzz” saytına istinadən məlumatına əsasən, seminar Krala ticarət və sənaye palatasının təşəbbüsü (KCCI) ilə keçirilib. Seminarda Kralay əyalətinin iqtisad naziri Tams İsak da iştirak edib.
İsak öz çıxışında bildirib ki, İslami bankçılıq Kralay əyalətində əsaslı işlərin görülmsi üçün yeganə həll yoludur.
O əlavə edib ki, əyalətdə ticarət və iqtisadi sahədə çatışmamazlıqlar var və İslami bankçılıq əyalətin gələcəyini çiçəkləndirəcək və iqtisadiyyatın inkişafına təkan verəcək.
Seminarda iqtisadi və ticari məsələlər üzrə ekspertlər çıxışlar ediblər və Kralay əyalətində islami bankçılığın inkişafı yollarını araşdırıblar.784264
captcha