IQNA

Bakı məktəblərindən birində müəllimə hicablı olduğu üçün işdən çıxarılıb

21:09 - May 04, 2011
Xəbər sayı: 2117564
Siyasi və ictimai şöbə: Azərbaycanın paytaxtı Bakı şəhərinin yaxınlığında yerləşən Hövsan qəsəbəsində məktəb müəlliməsi Süleymanova Aygün hicablı olduğuna görə işdən çıxarılıb.
İQNA Quran agentliyinin məlumatına əsasən, Hövsan qəsəbəsində yerləşən M.Bayramov adına 196 nömrəli məktəbin direktoru Ağası Hüseynov "işləmək istəyirsinizsə hicabınızı açın" deyərək onu qanunsuz olaraq işdən azad edib.
Məktəbdə müəllimə işləyən, lakin analıq məzuniyyətində olan daha bir hicablı müəlliməyə isə indidən xəbərdarlıq edilib ki, "Ərizən hazırdır, hicabla gəlsən işdən çıxarılacaqsan. İşləmək istəyirsənsə hicabını açıb gələrsən!"

Hüquqları tapdanmış müəllimə Respublika Prokrorluğana, "Heydər Əliyev Fondu"nun prezidenti Mehriban Əliyevaya, həmçinin Təhsil Nazirliyinə bu barədə müraciət edib. Yalnız Təhsil Nazirliyindən cavab gəlib. Aygün xanımı nazirliyə çağırıblar. Müəllimə nazirliyə getdikdə isə direktor Ağası Hüseynovu orada görüb. Təhsil nazirliyinin məsul işçisi Ağası müəllimlə birlikdə belə bəhanə gətiriblər ki, guya Aygün xanım hansısa müəllimin yerinə müvəqqəti olaraq 3 illik işə götürülübmüş.
Qeyd edək ki, Azərbaycan dövlət rəsmiləri son aylarda təşkilatlanmış formada məktəblərdə şagirdlərə hicabı qadağan edib, hicablı müəllimələri işdən çıxarır, dini ayinlərin xüsusi ilə Ramazan və Məhərrəm aylarında qarşısını alıb. 786372
captcha