IQNA

Bəhreyn və bizim borcumuz

22:14 - May 08, 2011
Xəbər sayı: 2118837
Beynəlxalq şöbə: Biz müsəlman İranlıların hamısı bu gün Bəhreyndə baş verən hadisələr qarşısında məsuliyyət daşıyırıq. Baxmayaraq ki, müsəlman ölkələrinin İrana olan bəzi dırnaqarası baxışları bu böyük hadisələrin qarşısında İrana açıq mövqe bildirməyi bir az da çətinləşdirir.
İQNA Quran agentliyinin məlumatına əsaəsn, bizim Müqəddəs Müdafiəmizin çox deyilməmiş sözləri qalır hələ. Müqəddəs Müdafiəmizdə İrandan olmayan 4500 şəhidi və onların arasında bir neçəsinin Bəhreyndən olmasını görürük. Onlar İmam Xumeyinin səsinə səs verib 8 il Müqəddəs Müdafiə illərində uzaq yerlərdən qalxıb ürəklər ölkəsinə gəldilər. Ləbbeyk dedilər. Bunları fikriləşdikcə bu gün bizim Bəhreyn hadisələri ilə bağlı dini borcumuz və məsuliyyətimizin nə qədər ağır olduğunu dərk edirəm.
Biz müsəlman İranlılar İslami Respublikasında yaşayırıq. Biz Bəhreyndə bu gün baş verənlər qarşısında məsuliyyət daşıyırıq. Baxmayaraq ki, müsəlman ölkələrinin İrana olan bəzi dırnaqarası baxışları bu böyük hadisələrin qarşısında İrana açıq mövqe bildirməyi bir az da çətinləşdirir.
Bizim Bəhreyn xalqını dəstəkləməyimiz bu baxımdan ki, Bəhreyn çox yaxın keçmişdə İranın ərazisində olub bəziləri tərəfindən İranın ərazi genişlədirməsi kimi təbliğat olunacaq. Bəhreyn xalqının əksəriyyətini şiələr təşkil edir. Bu da bizim onları dəstəkləməyimizi çətinləşdirir və əksəriyyəti sünnülər olan Ərəb ölkələri arasında həssasiyyətlər yaradır. Bu addımımız mümkündür regionda şiəçiliyin təbliği kimi dəyərləndirilsin. İran İslam Respublikasının rəsmiləri xüsusi ilə Ali Məqamlı Rəhbər həmişə müsəlmanlar arasında vəhdətin yaranmasına təkid ediblər və əminliklə bildiriblər ki, İran ölkə ərazisini genişləndirmək və ya şiəçiliyi təbliğ etmək niyyətində deyil. İslam Respblikasının dünyanın bütün ölkələrində baş verən İslami oyanış hərakatlarını dəstəkləməsi bunun təsdiqidir. Buna baxmayaraq təbliğat çarxları öz işini görür və ən kiçik bəhanələr axtarır ki, İslam Respublikasını region ölkələrin daxili işlərinə müdaxilə etməkdə ittiham etsin.
Bəlkə bəziləri bu cür fikirləşməyi mühafizəkarlıq kimi dəyərləndirir, ona görə ki, onların fikrincə gərək necə olursa olsun Bəhreyinin məzlum xalqına kömək olunsun. Lakin bunu qəbul etməliyik ki, müsəlmanlar arasında şiələr azlıq təşkil edir və digər tərəfdən vəhhabilər , sələfilər və s. tərəfindən həmişə hücumlara məruz qalır şiələr. Deməli bu şəraitdə bizim hərəkətlərimiz və danışıqlarımız məsləhətlərə və vəhdətə zidd olarsa dünyanın müxtəlif ölkələrində şiələrə qarşı daha ağır fəsadlar törədə bilər. Bəs bizim vəzifəmiz nədir? Bu sualı İslam İnqilabına ürək yandıran şəxlsər özlərindən soruşurlar və İslam Respublikasından bu suala cavab istənilir.
Amma bizim vəzifəmiz və borcumuz;
Hamı bir ağızda fəryad etməlidir; harada olmasından asılı olmayaraq; qələm əhli, incəsənət xadimləri, siyasətçilər, rəhbər şəxslər, tələbələr və bir sözlər hamı Ali Səud və Ali Xəlifə rejimlərinin cinayətlərini pisləməlidir. Lakin Bəhreynin müdafiəsiz xalqına daha çox ziyanlar vurmamaq çünü məsləhətli formada addımlar atılmalıdır. Bəlkə Bəhreynin məzlum xalqına ən yaxşı yardım düşünülmüş və məsələnin hər tərəfli xeyir və ziyanını nəzərə almaqla dəstəkləməkdir.

Bəhreynin müdafiəsi xalqının azadlığı ümüdi ilə.
785636
captcha