IQNA

Misir müsəlmanları və xristianları milli birlik istəyir

12:57 - May 15, 2011
Xəbər sayı: 2122398
Beynəlxalq şöbə: Misirdə yaşayan minlərlə müsəlman və xristian Əl-Təhrir meydanında toplaşaraq bu ölkədə baş verən dini qarşıdurmaya son verməyi və milli birliyin yaradılmasını istəyiblər.
İQNA Quran agentliyinin “lemonde” qəzetinə istinadən məlumatına əsasən, meydana toplaşanlar əllərində “Milli Birlik”, “müsəlmanlar və xristianlar bir-birinin yanındadır” kimi şüarlar səsləndiriblər. Onlar hökumətdən istəyiblər ki, ötən həftələr ərzində müsəlmanlar və xristianlar arasında ayrılıq yaratmaq məqsədi ilə qarşıdurmalar yaradan şəxslər tutularaq cəzalandırılsın.
Mitinqdə iştirak edən müsəlman və xristianlar bir-birlərinin əllərini tutaraq Quranlar və Səlibləri İslam və Məsihiyyətin dostluq əlaməti olaraq yuxarı qaldırıblar.
Qeyd edək ki, ötən həftələr ərzində bəzi ifratçı qruplar Misirdə müsəlmanlar və xristianlar arasında qarşıdurma yardıblar və hadisələrdə bir neçə nəfər ölüb və yaralanıb. 791071
captcha