IQNA

Belçikada “Evlənmək haqqında İslam qanunları” adlı konfrans keçirilib

14:26 - May 15, 2011
Xəbər sayı: 2122499
Beynəlxalq şöbə: Belçikada “Evlənmək haqqında İslam qanunları” mövzusunda konfrans keçirilib.
İQNA Qurana gentliyinin “elhikma” saytına istinadən məlumatına əsasən, Əl-Hikmət” İslami Mərkəzinin təşəbbüsü ilə keçirilən konfransda “Evlənmək haqqında İslam qanunları” mövzusunda öz suallarını bildirib və cavablar alıblar. Onlar bu məsələ ilə bağlı problemlərini müzakirə ediblər.
Konfrans çərçivəsində İslamda ailənin əhəmiyyəti mövzusunda simpozium da keçirilib. Simpoziumda Qərb ölkələrində və İslami ölkələrdə müsəlman qadınların hicab problemi müzakirə olunub.
Qeyd edək ki, Əl-Hikmət İslami Birliyi Belçikanın fəal islami təşkilatlarındandır. Bu təşkilat Quran təlimi, Ərəb dilinin öyrənilməsi, qadınlar və kişilər üçün xüsusi dini konfranslar təşkil edir. Birlik həmçinin hər il İslami müqəddəs məkanlara səfərlər təşkil edir. 791243
captcha