IQNA

ABŞ-da kilsələrdə Quran qiraəti məclisi təşkil olunacaq

0:17 - May 19, 2011
Xəbər sayı: 2124824
Beynəlxalq şöbə: Amerikada kilsə rəhbərləri iyun ayının 26-da bu ölkənin kilsələrində Quran qiraəti və digər dini kitabların qiraətini təşkil edəcəklər. Onlar bu işi İslam dinnə qarşı bəzi dözümsüzlüklərlə mübarizə aparmaq məqsədi ilə həyata keçirəcəklər.
İQNA Quran agentliyinin “Orlando Sentinel” saytına istinadən məlumaıtna əsasən, bu layihə “müştərək inanc, ibadətdə vəhdət və dua” adlanır. Layihə ABŞ-ın “ Vaşinqton DC” İnsan haqları və dinlərarası yaxınlaşma fondunun təşəbbüsü ilə keçiriləcək.
Vaşinqton DC kilsəsi, ABŞ-ın 26 əyalətində daha 26 kilsə ilə birlikdə layihənin icrası məqsədi ilə Quran qiraəti məclsiləri təşkil edəcəklər.
Layihəinin icrasından məqsəd ABŞ-da müsəlmanlar, xristianlar, yəhudilər və digər din mənsubları arasında qarşılıqlı hörmət və dinc yaşam olduğunu nümayiş etdirməkdir. 794114
captcha