IQNA

Brazilya İKT-yə müşahidəçi üzv qəbul olmaq istəyir

23:41 - May 19, 2011
Xəbər sayı: 2125080
Beynəlxalq şöbə: Brazliya hökuməti İslam Konfransı Təşkilatına rəsmi müraciət edərək bu təşkilata müşahidəçi üzv olmaq istədiyini bildirib.
İQNA Quran agentliyinin “Əl-Bəyan” qəzetinə istinadən məlumatına əsasən, Brazilyanın Səudiyyə Ərəbistan və Yəməndəki səfiri Serciyo Lueiz Kaniz İKT Baş Katibi Ekmaləddin İhsanoğlu ilə Ciddə şəhərində görüşüb. Görüşdə ölkəsinin İKT-yə müşahidəçi nazir olmaq istəyini və Brazliya XİN-nin rəsmi müraciətini İKT baş katibinə təqdim edib.
İhsanoğlu görüşdə bildirib ki, İKT bu təşkilata yeni müşahidəçi nazirin qəbulu üçün qanuni yolların araşdırılacağını və lazimi işlərin görüləcəyini bildirib.793305
captcha