IQNA

Fransada “Əl-Salam” İslami Mərkəzi fəaliyyətə başlayacaq

23:48 - May 19, 2011
Xəbər sayı: 2125081
Beynəlxalq şöbə: Fransanın Nantes şəhərində 2012-ci ilin əvvəlində “Əl-Salam” İslami Mərkəzinin açılış mərasimi keçiriləcək.
İQNA Quran agentliyinin “trouvetamosquee” saytına istinadən məlumatına əsasən, Fransanın Nantes şəhər müsəlmanları 25 ilə yaxındır ki, kiçik bir namazxanada öz dini ayinlərini yerinə yetirirlər. Lakin 2009-cu ildə Nantes şəhər şurası tıxacların aradan qaldırılması məqsədi lə Fransanın Qərbi İslami Birliyindən digər bir yerə köçməyi tələb edib.
Bundan sonra birlik Nantes şəhər şurasına layihə təqdim edib və bu şəhərdə yaşayan müsəlmanlar üçün məscid və islami mərkəzin tikintisi üçün icazə verməyi tələb edib. Şəhər şurası bu istəyi təsdiq edib və 2009-cu ilin ortalarından bu dini mərkəzin tikintisinə başlanılıb.
İslami mərkəz 3100 kvadrat metr ərazidə tikilir və İslami mərkəzdə qadına və kişilər üçün Quranın hifz və qiraəti üzrə dərslərin təşkili, konfrans zalı, namazxana və digər mədəni tədbirlərin keçirilməsi üçün yerlər tikilir. Mərkəzin namazxanasında eyni vaxtda 1500 nəfərdən çox dindar namaz qıla bilər. 793312
captcha