IQNA

Pakistanda 900 illik əlyazma Quran kəşf olunub

0:14 - May 20, 2011
Xəbər sayı: 2125087
Beynəlxalq şöbə:Pakistanın Cəhlom şəhərində 19-cu əsrdən qalmış 900 illik əlyazma Quran kəşf olunub.
İQNA Quran agentliyinin “tribune” saytına istinadən məlumatına əsasən, əlyazma Quran Pakistanın şimalında Pəncab əyalətinin Cəhlom şəhərində Qulam Əkbər Malik adlı arxioloq tərəfindən kəşf olunub.
Məlumata əsasən, əlyazma Quran “Papirus” üzərində Siracəddin Əbu Tahir Məhəmməd bin Məhəmməd bin Əbdül-Rəşidin əlyazması ilə yazılıb. Quranın 5 kiloqram çəkisi var və 1200 səhifədir. 793520
.
captcha