IQNA

İtalyada “İslam mədəniyyəti həftəsi” keçirilir

22:58 - May 24, 2011
Xəbər sayı: 2127957
Beynəlxalq şöbə: İSESCO və İtalya İslami Mərkəzinin təşəbbüsü ilə mayın 23-dən Romada “İslam Mədəniyyəti həftəsi”nə start verilib.
İQNA Quran agentliyinin “map” saytına istinadən məlumatına əsasən, İslam mədəniyyəti həftəsinin açılış mərasimində Roma şəhr başçısı Giyani Almano, İtalya İslami Mərkəzinin sədri Abdulah Rizvan , İtalyada olan müsəlman ölkələrin səfirləri, müsəlman ölkələrdən nümayəndələrin iştirakı ilə yanaşı dünyanın müxtəlif ölkələrindən yəhudi və xristan dinlərin rəhbərləri də iştirak ediblər.
İtalyada İslam mədəniyyəti həftəsinin keçirilməsindən məqsəd İslam dinin tanıtdırılması və müxtəlif din mənsubları arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir.
İtalyada İslam mədəniyyəti həftəsi çərçivəsində ilk gündə İslami sənət əsarlərindən ibarət sərgi təşkil olunub. Orada İordaniyanın İtalyadakı səfiri və tanınmış xəttat Xalid Xəris və İslami incəsənət xadimi Vicdan Əl-Haşiminin əl işlərindən ibarət sərgi təşkil olunub. Roma sinəmalarında İslam haqqında sənədli filimlərin yayımlanması, İslam və müsəlmanlarla tanışlıq kurslarının təşkil olunacaq. 797534
captcha