IQNA

Rusiyada ilk dəfə olaraq İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq

23:44 - May 27, 2011
Xəbər sayı: 2129163
Beynəlxalq şöbə: Rusiyada ilk dəfə olaraq İslam şəriətinəuyğun qiyməlti kağılzalar iyunun 20-də satışa çıxarılacaq.
İQNA Quran agentliyinin “Əl-Ray” qəzetinə istinadən məlumatına əsasən, İslami qiymətli kağızlar Rusiyanın əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Tatarıstan muxtar respublikasında satışa çıxarılacaq. İslami qiymətli kağızların satışa çıxarılmasından məqsəd Ərəb ölkələrindən olan sərmayəçilərin sərmayəsini bu muxtar respublikaya cəlb etməkdir.
Rusiyada İslami qiymətli kağızların satışa çıxarılması üzrə məsul şəxlsərdən olan Linar Yəqubov bildirib ki, Rusiya bu addımı atmaqla müsəlman ölkələri arasında öz nüfuzunu artıracaq və islami sərmayələrin yatırılması bazarına daxil olacaq.

O əlavə edib ki, hazırda Rusiyada İslami Bank fəaliyyət göstərmir, ona görə ki, bu ölkənin bankçılıq üzrə qanunlarında İslam şəriətinin qayda-qanunlarına əməl olunmur.
Yəqubov deyib ki, iyun ayının 20-də Tatarıstanın mərkəzində böyük bir ticarət mərkəzinin tikilməsi üçün ilk dəfə olaraq İslami qiymətli kağızlar satışa çıxarılacaq. Onun sözlərinə görə, ticarət mərkəzinin tikilməsi üçün 200 milyon dollar sərmayə yatırılmalıdır.
Yəqubov deyib ki, İslami İnkişaf Bankı, Yaxın Şərq ölkərindəki banklar və Malazya bankları Rusiyada satışa çıxarılacaq ilk İslami qiymətli kağızların alınmasında maraqlıdırlar. 799114
captcha