IQNA

Los Ancles ştatında “1001 İslami ixtira” adlı sərgi təşil olunub

18:52 - May 29, 2011
Xəbər sayı: 2130397
Beynəlxalq şöbə: ABŞ-ın Los Ancles ştatında Kaliforniya Elmi Mərkəzində “1001 İslami ixtira” adlı sərgi təşkil olunub. “1001 İslami ixtira” sərgisi bundan öncə dnüyanın bir neçə böyük şəhərlərində təşkil olunduqdan sonra Los Anclesdə də təşkil olunub.
İQNA Quran agentliyinin “islam online” saytına istinadən, sərginin açılış mərasimi mayın 26-da keçirilib və 7 gün müddətinə davam edəcək. Sərgidə müsəlmanların elmi əsərləri və ixtiraları sərgilənir.
Sərgidə müsəlman alimlərin fizika, riyaziyyat, memarlıq, mexanika və digər elmi sahələrdə ixtiraları və elmi əsaslarla kəşflərini nümayiş etdirir.
“1001 İslami İxtira” sərgisi Londa ən yaxşı muzey və mədəni irs mükafatı və “Ən yaxşı səyyar sərgi” laminasiyası ilə təltif olunub.
Qeyd edək ki, 1001 İslami ixtira sərgisi beynəlxalq bir layihədir və VII-XVII əsrlərdə İslam alimlərinin elmi və mədəni nailiyyətlərini nümayiş etdirmək və onlar haqqında maarifləndirməni aparmaq məqsədi ilə təşkil olunub.Bu sərgi ilk dəfə Britaniyanın mədəniyyət, texnologiyalar və elm fondunun (FSTC) təşəbbüsü ilə 2006-cı ildə bu ölkədə təşkil olunub. Daha sonra dünyanın mütəlif ölkələrində o cümlədən London, İstanbul, Nyu-York və Los Ancles şəhərlərində də təşkil olunub.800081
captcha