IQNA

Fransa müsəlmanları “yağış namazı” qılacaq

19:44 - May 29, 2011
Xəbər sayı: 2130411
Beynəlxalq şöbə: Fransada uzun müddətdir yağış yağmır və quraqlıqdır. Bu səbəbdən Fransa İslami Təşkilatlar Birliyi bu ölkənin müsəlmanlarını “İstisqa” ( yağış namazı) qılmağa dəvət edib.
İQNA Quran agentliyinin “trouvetamosquee” saytına istinadən məlumatına əsasən, Fransa İslami Təşkilatlar Birliynin müftiliyi bəyanat yayaraq ölkədə quraqlığın davam etdiyini və çayların suyunun tədricən azaldığını vurğulayıb və bu problemin həlli üçün müsəlmanlar allaha dua etsin və “İstisqa” namazı qılsın.
Müftilik həmçinin Fransa məscidlərinin imam camaatlarından istəyib ki, yağış namazı qılmaq üçün hazırlıq işəri görsünlər və tez bir zamanda müsəlmanların iştirakı ilə İstisqa namazı qılsınlar.
Qeyd edək ki, ABŞ –ın Texsas ştatında da bir neçə gün öncə ABŞ –İslam Əlaqələri Şurası müsəlmanlardan “İstisqa” (yağış namazı)namazı qılmağa çağırmışdı. 800117
captcha