IQNA

ABŞ-ın Florida ştatında Quran müsabiqəsi keçiriləcək

22:36 - May 29, 2011
Xəbər sayı: 2130438
Beynəlxalq şöbə: ABŞ-ın Florida ştatında XIV Quran müsabiqəsi keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb.
İQNA Quran agentliyinin “ahlulquran” saytına istinadən məlumatına əsasən, Quran müsabiqəsi Florida ştatının qərbində yerləşən Tempa şəhərinin “Əhlül-Quran” Akademiyinda 2012-ci ildə keçiriləcək.
“Əhlül-Quran” Akademiyası elan edib ki, müsabiqədə iştirak etmək istəyənlər 2012-ci ilin mart ayının 21-nə kimi qeydiyyatdan keçməlidirlər. Quran müsabiqəsində 16 yaşdan 23 yaşa qədər olan şəxslər iştirak edəcək. Onlar Quranın bütöv əzbər oxunması və ya bəzi surələrin və cüzlərin əzbər oxunması üzrə bir-birləri ilə yarışacaqlar.
Müsabiqədə həmçinin 6-12 yaşlı uşaqlarda yarışacaqlar. Onlar Quranın otuzuncu cüzün bütöv əzbər oxunması və bəzi surələrinin əzbər oxunması üzrə bir-birləri ilə yarışacaqlar.

Əhlül-Beyt Akademiyası1998-ci ildə Tempa şəhərində təsis olunub. Akademiya müsəlmanlar arasında Quranın qiraəti, əzbər oxunması və təfsir dərslərini təşkil edir. Bu akademiya hər il Florida ştatında Quran müsabiqələri təşkil edir. 800298
captcha