IQNA

Kembric Universitetində “Quran xəzinəsinin kəşfi” adlı seminar keçiriləcək

22:09 - June 02, 2011
Xəbər sayı: 2132862
Beynəlxalq şöbə: Londonun Kembric Universitetində iyun ayının 25-də “Quran xəzinəsinin kəşfi” adlı seminar keçiriləcək.
İQNA Quran agentliyinin “meoc” saytına istinadən məlumatına əsasən, seminar Kembric Universitetində İslami elmlər üzrə davamlı seminarlar çərçivəsində təşkil olunur. Yerli vaxtla saat 10:00-dan 18:00-dək davam edəcək.
Seminarda Quranın Fatihə surəsi və Quranın sonuncu surəsinin bir-biri ilə əlaqəsi, surələrin mənası və onlarda dünya ictimaiyyətinə çatırılası gizli mesajlar haqqında müzakirələr aparılacaq. Seminar Oxford Universitetiin İslami Araşdırmalar Mərkəzinin üzvi Məhəmməd Əkrəm Nədəvinin rəhbərli ilə təşkil olunacaq. 802494
captcha