İQNA Quran agentliyinin “islamdag.ru saytına istinadən məlumatına əsasən, avqust ayının 15-dək davam edəcək dərslərdə uşaqlara Quranın üzdən oxunması, İslam dinin əsasları və əhkamı, namazın necə qılınması qaydaları öyrədiləcək.
Dərslər hər gün yerli vaxtla saat 9:00-dan 12:00-dək Maxaçqala şəhərinin mərkəzi məscidində keçiriləcək. Dərslərdə uşaqların iştirakı pulsuzdur və təcrübəli müəllimlər vasitəsi ilə Quran oxumaq uşaqlara öyrədilir. 801271