IQNA

Dağıstanda uşaqlara Quran dərsləri keçirilir

22:25 - June 02, 2011
Xəbər sayı: 2132865
Quran fəaliyyətləri üzrə şöbə: Dağıstan Respublikası Müsəlmanları İdarəsinin təşəbbüsü ilə iyun ayının 2-dən Maxaçqala şəhərinin mərkəzi məscidində uşaqlar üçün Quranı öyrənmək üçün dərslər başlayıb.
İQNA Quran agentliyinin “islamdag.ru saytına istinadən məlumatına əsasən, avqust ayının 15-dək davam edəcək dərslərdə uşaqlara Quranın üzdən oxunması, İslam dinin əsasları və əhkamı, namazın necə qılınması qaydaları öyrədiləcək.
Dərslər hər gün yerli vaxtla saat 9:00-dan 12:00-dək Maxaçqala şəhərinin mərkəzi məscidində keçiriləcək. Dərslərdə uşaqların iştirakı pulsuzdur və təcrübəli müəllimlər vasitəsi ilə Quran oxumaq uşaqlara öyrədilir. 801271
captcha