İQNA Quran agentliyinin məlumatına əsasən, Höccətül-İslam Vəl-Müslimin Kazım Sədiqi İran İslam Respublikasının banisi və qurucusu İmam Xomeyninin (r.ə) vəfatının 22-ci ildönümü münasibəti ilə, cümə namazı xütbələrində İmam Xumeyninin (r.ə) şəxsiyyəti və İnqilabı haqda danışıb. O bildirib ki, İmam Xomeyni (r.ə) qüdrət və əzəmət simvolu idi və qaldırdığı bayraq onun rehlətinə baxmayaraq heç bir zaman enməyəcək.
Tehran Cümə Namazının Xitabətçisinin sözlərinə görə, İmam Xomeyni(r.ə) vəhdət carçısı olmuşdur və o, həzrət xalqların gücünə inanırdı.
Sədiqi əlavə edib ki, İmam Xomeyni(r.ə) Qərb və Şərqin islama qarşı təhrif strategiyasını puça çıxardı və islamın bəşər ictimaiyyətini kamalata çatdırmaqda hidayət mənbəyi olduğunu göstərdi.
O İran İslam Respublikasının banisi İmam Xumeyninin (r.ər) şərq və qərb bloklarından qorxmayan bir mücahid və mübariz olduğunu vurğulayıb . “İmam Xumeyni (r.ə) “nə şərq və nə qərb" şüarını irəli sürdü və Amerikaya ölüm şüarına rəvac verdi”, -deyə Sədiqi deyib.
Höccətül-İslam vəl-Müslimin Kazım Sədiqi onu da sözlərinə artırıb ki , İmam Xomeyni(r.ə) dünya xalqlarına islamın bəşər ictimaiyyətini xoşbəxtliyə hidayət edən bir din olduğunu sübuta yetirdi və faktiki olaraq bu məsələni təcrübədə əks etdirərək onu siyasi səhnədə nümayiş etdirdi. 803199