IQNA

Qazağıstanda İslam Dünyası İqtisadi forumu keçirilir

0:33 - June 08, 2011
Xəbər sayı: 2134522
Beynəlxalq şöbə: Qazaxıstanın paytaxtı Astana şəhərində VII İslam Dünyası İqtisadiyyat Forumu (WİEF) keçirilir.
İQNA Quran agentliyinin “eurokaznews” saytına istinadən məlumatına əsasən, İslam Dünyası İqtisadiyyat Forumu ilk dəfədir ki, Mərkəzi Asiyada təşkil olunur. Forumda Qazağıstanın baş naziri də iştirak edib.
30-dan çox ölkədən təxminən 2500 nümayəndənin iştirakı ilə başlayan və İslam Dünyasının Davosu olaraq xarakterizə edilən forum işlərinin ilk günü Qazaxıstan baş naziri Kərim Məsimov və WİEF baş kativi Tuna Musa Hitaminin ''Xoş gəldiniz'' çıxışı ilə başlayıb. Yığıncaqda; qloballaşma, rəqabət, müsəlman və digər ölkələrlə çox tərəfli əlaqələr və strateji əməkdaşlıq yolları, İslam bankçılığı, infrastrukturun inkişaf etdirilməsi, halal qida, orta və kiçik ölçülü iş yerlərinin inkişaf etdirilməsi və alternativ enerji qaynaqlarının müzakirə edilməsi kimi mövzular müzakirə olunacaq.

Qazaxıstan baş naziri Məsimov, çıxışı zamanı qazax xalqının böyük bir qisiminin müsəlman olduğunu ifadə edərək, ''Biz İslami dinimiz və dini ənənələrimizlə qürur duyuruq''-deyə bildirib. Qazaxıstanın İslam ənənələri ilə qürur duyduğunu, ancaq çox dinli və mədəni bir quruluşa sahib olduqlarını söyləyən baş nazir vurğulayıb ki: ''Biz İslam ənənələrimizlə qürur duymaqla yanaşı, bütün etnik qruplar və dinlərlə yaxşı münasibətdəyik".

Xatırladaq ki, İslam Dünyasının Davosu şəklində xarakterizə olunan yığıncağa Asiya, Afrika və Avropadan olan liderlər və 150-dən çox xarici qonaqlar iştirak edir. Forum iyunun 9-dək davam edəcək. 804331
captcha