IQNA

Çində ilk İslami hotel tikilir

20:40 - June 09, 2011
Xəbər sayı: 2135427
Beynəlxalq şöbə: Çində ilk İslami hotel Birləşmiş Ərəb Əmirliklərinin Lootahgroup hotellər şirkəti tərəfindən Ningşiya şəhərində tikilir .

İQNA Quran agentliyinin “Əl-Bəyan” saytına istinadən məlumatına əsasən, Lootahgroup hotellər şirkətinin “Əl-cövhərə” hotelinin direktoru Hani Laşin bildirib ki, yeni hotel Ningşiya şəhərində “Çin Müsəlman Dünyası Şəhəri” layihəsi çərçivəsində tikilir. Bundan başqa daha 5 hotel də tikiləcək.
Çinin ilk İslami hoteli Müsəlman Dünyası Şəhəri layihəsinin ən böyük hoteli olacaq. Belə ki, hoteldə 200 otaq olacaq. Hotelin tikilməsi üçün 36 milyon dirhəm sərmayə yatırılacaq. Nəzərdə tutulub ki, hotelin tikintisi 2013-cü ilədək başa çatsın.
Çin Müsəlman Dünyası Şəhərinin idari şurasının rəisi Əbdürrəhman Yuşəvi bildirib ki, Çində yeni tikiləcək bu şəhər müsəlman 57 müsəlman ölkəsinin sərmayəsi ilə 13.7 milyard dollar sərmayə yatırmaqla tikiləcək. Şəhərdə İslam mədəniyyəti qabiliyyətləri salınacaq və şəhər Çin və dünyanın bir milyard müsəlmanı arasında əlaqələrin inkişafına kömək edəcək.
Müsəlman Dünyası Şəhəri layihəsinin Ningşiyada tikilməsi 2019-cu ildə başa çatacağı proqnozlaşdırılır. Lootahgroup hotellər şirkəti 1956-cı ildən Dubayda fəaliyyətə başlayıb. Şirkət təhsil, ticarət, mətbuat və tikinti işləri həyata keçirir. 804397
captcha