IQNA

“Leylətur-Rəğaib” necə gecədir?

21:08 - June 09, 2011
Xəbər sayı: 2135438
Elm və təfəkkür şöbəsi: “Rəcəb” Allah ayıdır; çox bərəkətli aydır, onun üçün çoxlu əməllər zikr olunub; özümüzü bu ayda günahlardan təmizləməliyik.
İQNA Quran agentliyinin məlumatına əsasən, İslam Peyğəmbəri (s) buyurub: hər kəs Rəcəb ayında bir gün oruc tutmuş ola , Allahı sevindirər və Allahın qəzəbi ondan uzaq olar və cəhənnəmm qapılarından biri onun üzünə bağlanar.
Rəcəb və Şəban aylarının əməlləri insan ruhunu Mübarək Ramazan ayında Allah qonaqlığına hazırlayır. Ramazan ayının əzəmətini dərk etmək üçün özümüzü əvvəlcədən hazırlamalıyıq.
İslam Peyğəmbəri (s) buyurub: Rəcəb ayı mənim ümmətim üçün istiğfar (tövbə etmək) ayıdır. Bəs bu ayda tövbə edin ki, günahlarınız mehriban Allah tərəfindən bağışlansın.
"Leylətur-Rəğaib", yəni Rəcəb ayının ilk cümə axşamı. Bu gündə mələklər göydən yerə enir. İslam Peyğəmbəri (s) bu günün əməlləri ilə bağlı çoxlu tövsiyələr etmişdir. Bu günün əməllərini kim yerinə yetirsə, onun keçmiş günahları bağışlanar. Rəcəb ayının ilk cümə axşamı (yəni həftənin 4-cü günü) oruc tutmaq tövsiyə olunub.
Bu gecənin xüsusi bir namazı var. Namazın qaydası:
Cümə gecəsi (yəni həftənin 4-cü gününün gecəsi) daxil olanda şam və xiftən namazları arasında 12 rəkət namaz qılınır. Hər rəkətdə "Həmd" surəsindən sonra 3 dəfə "Qədr", 12 dəfə də "İxlas" surəsi oxunur. Hər iki rəkətdən sonra salam verilir. Namaz qurtarandan sonra 70 dəfə aşağıdakı zikri deyirsən.

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِیِّ الْأُمِّیِّ وَ عَلَى آلِهِ وَ آلِ مُحَمَّدٍ
Daha sonra səcdəyə gedib bu zikri 70 dəfə deyirsən:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلائِكَةِ وَ الرُّوحِ
Səcdədən qalxandan sonra 70 dəfə də bu zikri deyirsən:

رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجَاوَزْ عَمَّا تَعْلَمُ إِنَّكَ أَنْتَ الْعَلِیُّ الْأَعْظَمُ
Yenə səcdəyə gedib, bu zikri 70 dəfə deyirsən:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلائِكَةِ وَ الرُّوحِ
Sonda isə öz hacətlərini Allahdan istəyirsən.
İslam Peyğəmbəri (s) buyurub: hər kəs bu namazı qılsa, Allah qəbrin brinci gecəsi həmin namazın savabını gözəl, gülərüz və fəsih dilli bir şəxs kimi ölən şəxsin yanına göndərər. Namaz həmin şəxsə deyər: ey mənim həbibim sənə müjdə verirəm ki, bütün çətinliklərdən nicat tapmısan. Meyyit soruşur ki, sən kimsən? O cavab verir ki, mən sənin flan vaxt qıldığın namazın savabıyam, bu gecə gəlmişəm sənin haqqını ödəmək üçün gəlmişəm, sənin tək günlərində sənə həmdəm olacam, qorxunu səndən qovacam, qiyamət günü isə sənin başının üzərində kölgə olacam. 805831
captcha