İQNA Quran agentliyinin “ISESCO” saytına istinadən məlumatına əsasən, iclasda İSESCO-nun İcraiyyə Şurasının sədri Bubəkr Dokurə və İSESCO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycri çıxış edəcəklər.
Iclasda 2013-2015-ci illər üçün İSESCO təşkilatının proqramlarının hazırlanması müzakirə olunacaq.
Bundan başqa iclasda həmçinin İSESCO-nun baş katibinin təşkilatın keçmiş fəaliyyəti haqqında məruzəsi oxunacaq, iclasın sonunda bəyanat qəbul olunacaq və həmçinin büdcə təmini üçün üzv ölkələrin əməkdaşlıqları kimi məsələlər də müzakirə olunacaq. 806315