İran Quran Xəbər Agentliyi (İQNA): “İraqın səsi” adlı xəbər bürosunun məlumatına görə bu mərasim Əhli-beyt (ə) aşiqlərinin iştirakı ilə Melburun şəhərinin “Meymuriyal” sarayında müxtəlif proqramlarla həyata keçirildi.
Bu mərasimdə Melburun şəhərinin müsəlman azlıqlar, din alimləri, ruhanilər, dini təhsil alan tələbələr, ədiblər, mədəniyyət xadimləri və Viktoriya əyalətinin çoxsaylı əhalisi iştirak edirdilər.
Adı çəkilən mərasim Avstraliyanın qarisi Seyyid Həsən Əl-Xorasan tərəfindən Qurani-Kərim ayələrinin qiraəti ilə başlandı və proqramın gedişatında Avstraliyanın şiə alimlərindən olan Cabir Əbi Məhəmməd Əl-Nasiri bu mərasimin keçirilməsinin məqsədini və həqiqi dəyərini ədəbi və cəlbedici bir çıxış ilə iştirakçıların nəzərinə çatdırdı.
Melburundakı bu mərasimdə mədhiyyəçilər, Seydəni şəhərinin şairləri, Avstraliya şiələri cəmiyyətinin yeniyetmələrinin ingiliscə xüsusi çıxışları, mərasimdə iştirak edən Səudiyyə şiələrindən biri tərəfindən Əmirəl-möminin (ə)-ın şəninə şerlərin oxuması proqramın rəngarəng hissələrindəndir.
“Əşbalol-qədir” surud qrupu tərəfindən “Əli, Əli, Əli” ilahisinin oxunması, 13 rəcəb və İmam Əli (ə)-ın miladı haqqında qəsidələrin oxunması Melbrunda İraqlı Hüseyni heyətinə xatirə hədiyyələrinin təqdim olunması, Əmirəl-Möminin (ə)-ə həsr olunmuş münacatların oxunması bu mərasim digər proqramlarından birini təşkil edirdi.
809987