İranın Quran agentliyinin hesabatına əsasən, “biladi” xəbər bürosunun məlumatına görə, İkmaləddin Ehsanoğluvə Rumpi bu görüş əsnasında əsasən müxtəlif dinlər və mədəniyyətlər barədə danışıqlar aparmışlar.
Həmçinin tərəflər bu görüşdə dünyanın müxtəlif ölkələrində dinlər arasında olan söhbətlərin zəruriliyini vurğulamışdır. Eləcə də, ərəb ölkələrində müxtəlif xalq üsyanlarını, Avropanın birləşmiş mədəni və iqtisadi siyasətlərinin Aralıq dənizinin cənubundakı ölkələr qarşısındakı öhdəliklərini müzakirə etdilər.
Birləşmiş Avropa Şurasının sədribu görüşdə Ərəb ölkələrində baş verən qiyamları bu ölkələrin ictimai-mədəni vəziyyətinin yaxşılaşdırılması üçün mühüm bir addım olduğunu və dünya ölkələri ilə, xüsusən də Avropa ilə əlaqələrin genişlənməsinin zəruriliyini bildirdi.
Həmçinin iki tərəf Orta Şərqin vəziyyəti haqqında, sülhün inkişafına dair məsələlər və eləcə də, Avropa ilə əlaqələrin genişləndirilməsi barədə İslam konfransı təşkilatı ilə müşavirələr keçirdilər.
809919