Beynəlxalq şöbə: Həcc, Məkkə, Mütəhhər hərəmlər, Ərəbistanda olan ziyarətgahlar adı ilə bu ölkədə fəaliyyət göstərən Həcc və Ümrə həclərinin təşkili mərkəzinin köməkliyi ilə ilk dünyəvi-tarixi təşkilat yaradılır.
İQNA Quran Xəbər Agentiyinin hesabatına əsasən, “Nəsic” xəbər bürosunun verdiyi məlumata görə Ərəbistanda həcc təşkilatının yaradılmasına artıq başlanılıb və bu müəssisə Həccin tarixi baxımdan bir sənədli abidə kimi tanınmasını və müxtəlif dövrlər ərzində Məkkə və digər hərəmlərin ziyarətgah kimi hesab olunmasını tədqiq edəcək. .
Səudiyyə Ərəbistanı Həcc tədqiqat mərkəzinin nümayəndəsi Nasir Əl-Bəğəmi qeyd etdi: Bu təşkilat ölkənin Həcc, Ümrə tədqiqatlar mərkəzi ilə Ərəbistanda Məlik Əbdüləziz arasında imzalanmış 11-ci qarşılıqlı-razılaşmaya əsasən yaradılıb. .
Məlik Əbdüləziz mərkəzinin nümayəndəsi Abdullah Bin Saleh Əl-Rəgibə dedi: Şərəfli hərəmlərdə ilk Həcc təşkilatının yaradılması müxtəlif zamanlarda Həcc ilə əlaqədar sənədlərin yazılması, Həccin tarixi aspektdə İslamdan öncə və İslamdan sonra mövcud olması, həcc sahəsində rəsmi və qeyri-rəsmi addımlar, islam ölkələrindən Həccə zəvvarların ezam olunması işləri üçün nəzərdə tutulub.
810250