IQNA

İslam radiolarının birləşmiş iclası Ciddədə keçirildi

20:01 - June 21, 2011
Xəbər sayı: 2142212
Beynəlxalq şöbə: İslam radiolarının qeyri-adi iclası xordad ayının 29-da Ərəbistanın Ciddə şəhərində keçirildi.
İran Quran Xəbər agentliyinin hesabatına və “ zawya” xəbər bürosunun verdiyi məlumata əsasən, Ərəbistanın mədəniyyət və informasiya naziri Əbdüləziz Xacə bu iclasda dedi: dünya inkişafın qarşısını alan çoxsaylı partlayışların şahididir və bunlar siyasi, mədəni, ictimai və iqtisadi sahələrə çox təsir göstərmişdir.

Ciddədə keçirilən həmin iclasda Pakıstandan, Asiya və Afrika qitəsindən , digər
Ərəb ölkələrindən İslam radiolarının birləşmiş yeni rəhbərliyini öhdələrinə götürmək üçün toplaşdılar.
Qeyd etməliyik ki, İslam ölkələrinin radiolarının birləşmiş təşkilatı miladi ilə 1975-ci ildə İslam ölkələrindən kənarda olan nazirlərin 6-cı qurultayında iştirak edənlərin razılığına əsasən Ciddədə təsis olundu. İslamla bağlı nəşrlər və təbliğatlar, İslam haqqında qərblilərin düzgün olmayan inancların aydınlaşdırılması və s. bu təşkilatın məqsədlərindəndir.
811819
captcha