IQNA

Ciddədə yay Quran kursları keçirilir

20:08 - June 21, 2011
Xəbər sayı: 2142215
Beynəlxalq şöbə: cari ilin 11-dən 19-na kimi Ərəbistanın Ciddə şəhərinin Əziziyyə məntəqəsində yay Quran kursları başlanır.
İranın Quran xəbər agentliyinin və “Saudi Gazette” qəzetinin məlumatına əsasən Ciddənin Nizamiyyə universitetinin magistrantlarının köməyi ilə 15 il ardıcıl şəkildə Quranı və İslam elmini artıran
şagirdlər üçün bu kurs təşkil olunmuşdur.
Qurani-Kərimin təcvid qaydaları ilə oxunuşu, Qurani-Kərimin əzbərlənməsi , Məhəmməd Peyğəmbərin (ə) hədislərinin ərəb dilində əzbərlənməsi, onların mənalarının müxtəlif dillərdə öyrənilməsi, kamil şəkildə namaz qaydalarına yiyələnmə və s. dini məsələlər bu tədris planına daxildir.
Bu kursda iştirak edən şagirdlərdən İslam tarixinə əsasən bilik səviyyələrinin müəyyənləşdirilməsi üçün imtahan götürüləcək.
811710
captcha