IQNA

Hollandiyada “İslam evi” açıldı

19:00 - June 27, 2011
Xəbər sayı: 2145373
Beynəlxalq şöbə: İslam evi (Beytül-islam) Hollandiyanın Neymixen şəhərində “Şərq ölkələrinin mədəniyyət və din” muzeyində açıldı.
İranın Quran xəbər agentliyi və «Islam Today» xəbər bürosunun məlumatına əsasən, “İslam evi” 40 hektar sahəyə malik bir kənddir ki, Oman müsəlmanlarının adət-ənənələri və yaşayış tərzlərinə uyğun şəkildə Hollandiyada “Şərq ölkələrinin mədəniyyət və din” muzeyində tikilmişdir..

“İslam evi” Xordad ayında Hollandiya vəliəhinin həyat yoldaşı və Omanın xarici işlər nazirliyinin rəsmilərinin iştirakı ilə açıldı.
Hollandiya və Almaniya sərhədi ilə 125 km məsafədə tikilmiş bu kənddə olan evlər , darvazalar və Namazxanalar, Qurani-Kərim ayələrinin yazıldığı nüsxələr və islam mədəni nümunələri və islam məktəbləri sərgiyə qoyulmuşdur.
Hollandiyada “İslam evi”-nə öz daxilində yer ayırmış “Şərq ölkələrinin mədəniyyət və din” muzeyinin hər il təqribən 180 tamaşaçısı olacaq. 815279
captcha