İranın Quran xəbər agentliyi və «saphirnews» xəbər bürosunun məlumatına əsasən, müsəlmanların məntəqə birliyi “İslam və gənclər” adlı forumunu Neys şəhərinin müsəlmanlarının aylıq görüşləri çərçivəsində həyata keçirir.
Bu iclas axşam namazından sonra müsəlman şəhər sakinləri və Neys şəhərinin məşhur alimləri və bir qrup Fransa islam mərkəzinin nümayəndələrinin iştirakı ilə başlanacaq..
Bu forumda əsasən İslamda cavanların rolunun əhəmiyyəti, Peyğəmbər (ə)-ın gənclərlə bağlı məsələlərə baxışı, Cavanlar haqqında Peyğəmbərlərin hədisləri və İslam ölkələrində müsəlman gənclərin mövqeyi və s. mövzular əsas müzakirə obyekti hesab olunur. 815403