IQNA

Fransada Qurani-Kərimin təcvidi və tilavəti kursları təşkil olunur

16:57 - June 28, 2011
Xəbər sayı: 2146035
Beynəlxalq şöbə: Qurani-Kərimin təcvid və tilavəti üzrə yay kursları Fransanın islam elmləri müəssisəsinin (İFESİ) təşəbbüsü ilə keçirilir.
İran Quran Xəbər Agentliyi (İQNA) və «ifesi» xəbər bürosunun məlumatına əsasən, dərslər milady ilinin iyul ayının əvvəllərindən başlanacaq və Quran öyrənənlər həftədə 8 saat görkəmli Qurani-Kərim ustadlarının iştirakı ilə təcvid və tilavət qaydalarını öyrənəcəklər.
Bu kursu təşkil edənlərin sözlərinə görə, şənbə, bazar və bazar ertəsindən cümə gününə kimi seçilmiş şagirdllər bu kurslarda iştirak edəcəklər.
Fransa islam elmləri müəssisəsinin həvəsi olan və öyrənmək istəyənləri bu kursa dəvət etməkdə əsas məqsədi 2001-ci ildən fəaliyyət göstərən bu dini müəssisənin hal-hazırda da fəaliyyətinin genişləndirilməsidir. Bu il təşkil olunmuş kursda 300-dən çox tələbə vardır ki, onlar da müxtəlif sahələrdə İslam elmlərini mənimsəyirlər. 815952
captcha