İran Quran Xəbər Agentliyinin (İQNA) Qərb və cənub-qərb şöbəsinin məlumatına əsasən, “Minhacül-Hüseyn” müəssisəsinin icraçı bölməsinin rəhbəri Höccətül-islam İbrar Kazimi bu haqda dedi: “İmam Hüseyn (ə) və Quran” qurultayı alimlər və elm xadimlərinin iştirakı ilə keçiriləcək.
O davam etdi: Bu qurultayda böyük şəxsiyyətlər, Əhli-sünnə alimləri və xristian ruhaniləri də iştirak üçün dəvət olunmuşdur.
Kazimi dedi: Bu qurultay Əl-zəhra kanalı vasitəsilə canlı şəkildə yayımlanacaq və İran İslam Respublikasının səfiri də orada iştirak edəcək.
Qeyd olunmalıdır ki, bu qurultayda Qurani-Kərim müsabiqəsinin qalibləri mükafatlandırılacaq. 816747