IQNA

İstanbulda 4-cü fars dili və ədəbiyyatı ixtisas artırma kursu başa çatdı

17:12 - July 11, 2011
Xəbər sayı: 2152749
Mədəniyyət və incəsənət şöbəsi: 4-cü fars dili və ədəbiyyatı ixtisas artırma kursunun bağlanış mərasimi tir ayının 15-I İstanbul universitetinin İran otağında keçirildi.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu mərasim İranın İstanbuldakı baş konsulu Sədeğizadənin, İrandan ezam olunmuş ustad və bu kursun müəllimi Nezhət, İstanbul universitetinin fars dili və ədəbiyyatı kursunun rəhbəri Moştağ Məhrəmin və bir çox tələbələrin iştirakı ilə keçirildi.
Bu mərasimdə müvəffəqiyyət qazanmış kurs tələbələrinə diplom və hədiyyələr təqdim olundu.
Qeyd olunmalıdır ki, 4-cü fars dili və ədəbiyyatı ixtisas artırma kursları iki səviyyədə- orta və ali səviyyədə 70 nəfərin iştirakı ilə keçirildi.
822932
captcha