İran Quran Xəbər Agentliyi (İQNA): islam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, İİR-nın Filippindəki mədəniyyət mərkəzi “Həcc və insani xüsusiyyətlər” adlı 2-ci seminarı müxtəlif mədəni şəxslərin, İranın elmi və siyasi rəhbərlərinin, Filippin nümayəndələrinin iştirakı ilə həyata keçirildi.
“Həcc və insani xüsusiyyətlər” adlı seminarda Həzrəti Əbdüləzim Həsəni (ə)-ın müqəddəs hərəminin fiqh valisinin nümayəndəsi Ayətullah Reyşəhri, Fəlahzadə, Filippin müsəlmanlarının işləri ilə məşğul olan komitənin rəhbəri Ömər Loğman, Cihan Mutin və digər nüfuzlu şəxsiyyətlər iştirak və çıxış edəcəklər.
Bu iclas mədəniyyət mərkəzi və müsəlmanların milli komissiyası tərəfindən Camiətül-Mustafada keçiriləcək.
Bu iclasda şəkil, əl sənayesi və bəzi kitabların sərgilənməsi də nəzərdə tutulub. 832079