IQNA

10:08 - August 04, 2011
Xəbər sayı: 2165012
Beynəlxalq şöbə: ABŞ-ın Massaçusetts ştatı, Boston şəhərində sentyabrın 17-də Quranın hifz və qiraət müsbiqəsi təşkil olunacaq.
İran Quran Xəbər agentliyinin (İQNA) msa.mit saytına istinadən məlumatına əsasən, Quran müsabiqəsi mübarək Ramazan ayı münasibəti ilə Boston Müsəlman Tələbələr Birliyinin təşəbbüsü ilə birliyin ofisində təşkil olunacaq.
Müsabiqədə Mülk, Vaqiə və Yasin surələrinin əzbər oxunması və qiraəti üzrə təşkil olunur. Bostonun müsəlman alimləri və məscid imamlarından ibarət nümayəndə heyəti müsabiqəyə nəzarət edəcək.
Müsəlman Tələbələr Birliyi Bostonda müsəlman və qeyri müsəlmanlar arasında qardaşlıq və birliyik yaratmaq məqsədi ilə təsis olunmuş bir qurumdur. Birlik fəal şəkildə müxtəlif islami proqramlar həyata keçirir. Cari ilin Ramazan ayında müxtəlif proqramlar o cümlədən Quran qiraəti, moizələr və iftar süfrələrinin təşkili kimi proqramlar həyata keçirir. 836627
Ad:
E-poçt:
* Comment:
* captcha: