IQNA

Belçika – Avropada ilk Halal Məhsullar Beynəlxalq Ticarət Forumunun ev sahibi

11:52 - August 15, 2011
Xəbər sayı: 2170989
Beynəlxalq şöbə: Halal Məhsullar Beynəlxalq Ticarət Forumu sentyabrın 1-dən 30-a kimi Belçikanın paytaxtı Brüssel şəhərində təşkil olunur.
İqna Quran Xəbər Agentliyi (İQNA): Pageshalal xəbər agentliyinin verdiyi məlumata görə, bu forum Belçikanı, Niderlandı və Lüksemburqu özündə birləşdirən Benilüks ittifaqının dəstəyi ilə təşkil olunur. Forumun keçirilməsində məqsəd İslam şəriətinə uyğun qida və tibbi məhsullar istehsal edən şirkətlərin tanınması, həmçinin İslam iqtisadiyyatı və onun əsasları haqqında fikir mübadiləsi aparmaqdır. Eləcə də müsəlman mütəxəssilər tərəfindən bu mövzuda seminarlar təşkil etmək, halal məhsullar istehsal edən şirkət rəhbərləri arasında təcrübələrin bölüşdürülməsi, Avropa bazarında daha çox standart, etibarlı halal sertifikatlaşdırma və halal etiket mümkünlüyü yollarını araşdırmaq forumda nəzərdə tutulan məsələlərdəndir.
Malayziyada halal məhsullar istehsal edən şirkətlər xüsusi qonaq qismində bu foruma dəvət olunublar və bu şirkətlərin rəhbərləri dünya halal bazarında qazandıqları uğurların sirrlərini iştirakçılarla bölüşəcəklər. 842715
captcha