IQNA

İnquşetiyadan Allah evinin ziyarətinə 1500 zəvvar

11:58 - August 15, 2011
Xəbər sayı: 2170999
Siyasi və ictimai şöbə: Bu il İnquşetiya Respublikasından Həcc ziyarətinə 1500 müsəlman gedəcək.
İqna Quran Xəbər Agentliyi (İQNA): Ölkədən Məkkəyə gedəcək zəvvarların sayını ölkənin Həcc işləri üzrə komitəsinin rəhbəri Musa Miriyev baş nazir Musa Çiliyevlə görüşündə deyib.
İnquşetiyanın baş naziri Musa Çiliyev də öz növbəsinə qeyd edib ki, Türkiyə Hava Yolları ilə, eləcə də avtobusla olan səfərlərdə yaranan problemləri nəzərə alaraq İnquşetiya ilə Səudiyyə Ərəbistanı arasında birbaşa hava yolunun açılması zəruridir.
Qeyd edək ki, təşkilatçılıq və səfər işlərini baş nazirin müavini Raisa Didiqova öz öhdəsinə götürüb. 842638
captcha