İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Əlaqələr və Mədəniyyət İdarəsi bu sayda dini, fəlsəfi, siyasi, ictimai, ədəbi və s. janrlarda nəşr olunan kitabların təqdimatını vermişdir. Səid Salmanın “Livan və Taif – əsərlər və onların nəticələri”, Reymon Qəsisin “Hüseynin (ə) qəmi” əsərləri də bu sayda olan kitablar sırasındadır.
Həmçinin Rəhim Musəvinin “Fəlsəfi meyillər – araşdırma və təhlil”, Hüsey Kuraninin “Şəbaniyyə münacatı – Allahla münacatın üsulu”, Zəki Həsənin “Zalım hakimlə həmkarlıq”, Həsən Məcid Übeydinin “Qori fəlsəfəsinin coğrafiyası”, İbrahim Bədavinin “İslamda düşüncə azadlığı”, Yaz Nəciburrəisin “Əli (ə) ilə söhbət” və s. əsərlər 63-cü yeni ərəb nəşriyyat sayına daxildir. 840985