İqna Quran Xəbər Agentliyi (İQNA): Tehran Universitetinin Elmi Heyətinin üzvü Qulamrza Nurmuhəmmədi İqna Quran Xəbər Agentliyi ilə söhbətdə alçaldıcı “Müaviyə, Həsən (ə) və Hüseyn (ə)” serialı barədə deyib: “Bu serialı iki tərəfdən araşdırmaq olar; ilk olaraq bu serialı təhrikedici adlandırmaq olar. İkinci tərəfdən sırf tarixi rəvayət kimi qələmə vermək olar. Amma həqiqət budur ki, bu tarixi rəvayət deyil, tarixi bir təhrifdir. Ona görə də bu serialı “Muxtarnamə” və digər seriallar kimi ölkə daxilinə buraxmaq olmaz.”
Radio-televiziya Araşdırma Mərkəzinin keçmiş direktoru bu serialın yaranmasında əsa məqsədi belə bəyan edib: “”Müaviyə, Həsən (ə) və Hüseyn (ə)” serialı demək istəyir ki, şiəlik yəhudi Əbdullah ibn Səbanın əli ilə yaradılan və İslamın əvvəllərində mövcud olmayan bir firqədir. Bu serialda İmam Həsən (ə) və İmam Hüseynin (ə) simalarının göstərilməsi müsəlmanlara böyük bir təhqirdir. Çünki şiələrdən əlavə əhli-sünnə də Əhli-Beytin (ə) simalarının göstərilməsinin əleyhinədirlər.”
“Bunun qarşısında nə etmək lazımdır?” sualına cavab verərkən müsahibimiz deyib: “Belə məhsulları təkcə şiə, ya sünnilər məhkum etməməlidirlər. Böyük qurumlar, məsələn İslam Ölkələri Konfransı, Qum Elmiyyə Hövzəsi və s. qurumlar da bu etiraza qoşulmalıdırlar.”
“İmam Sadiq (ə)” Elmi-Təhqiqat Mərkəzinin müavini sözünün sonunda bunları əlavə edib: “Bu işi keyfiyyət baxımından müzakirə edə bilmərəm. Çünki görməmişəm. Amma əgər bu serial professional biçimdə işlənibsə, təəssüf ki, bəzi izləyicilərdə təsir qoyacaq. Çünki hər işin görüntüsü həmin işin müvəffəqiyyət qazanmasına zəmanət verə bilər.” 843005