IQNA

Misirdə icazəsiz nəşr olunan 20 min Quran müsadirə olunub

12:12 - August 15, 2011
Xəbər sayı: 2171021
Beynəlxalq şöbə: Əl-Əzhərin İslami Araşdırnalar mərkəzindən icazə almadan nəşr edilmiş 20 min Quran nüsxəsi Misirin Mənəvi Mülkiyyət Hüquqları Müdafiə Mərkəzi tərəfindən müsadirə edilərək toplanmışdır.

İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə çap olunan “7-ci gün” qəzetinin verdiyi məlumata görə, Misirin Mənəvi Mülkiyyət Hüquqları Müdafiə Mərkəzi Əl-Əzhərin İslami Araşdırnalar mərkəzindən icazə almadan nəşr edilmiş 20 min Quran nüsxəsini toplayaraq müsadirə etmişlər. Əz-Zahir məntəqəsindəki mətbəənin sahibi bu Quranları Əl-Əzhərin İslami Araşdırnalar mərkəzindən icazə almadan çap etmiş və Ramazan boyunca Qahirə bazarlarında satmaq istəmişdir. Lazımi təhlükəsizlik tədbirləri görüləndən sonra mətbəə bağlanmış və sahibi saxlanılmışdır. Məsələyə aydınlıq gətirmək üçün iş Misir prokurorluğuna göndərilmişdir.
Hesabat əsasında Misirin Mənəvi Mülkiyyət Hüquqları Müdafiə Mərkəzi çap hüquqlarını pozanlara qarşı ciddi surətdə mübarizə aparır və indiyə kimi bu kimi hadisələrin qarşısı alınmış və günahkarlar qanun qarşısında cavab verməli olmuşlar. 842146
captcha